Şirkət haqqında

About hotel image
Parkside Aparthotel şəhərin mərkəzində, Xəzər dənizinə qısa piyada məsafəsində, paytaxtın ən yaxşı restoranları, mağazaları və biznes mərkəzlərinin yaxınlığında yerləşir. Bakı Mərkəzi Dəmir Yolu Vağzalından və 28 Mall ticarət mərkəzindən cəmi 2 dəqiqəlik məsafədə yerləşən bu otel, şəhəri kəşf etmək üçün ideal başlanğıc nöqtəsidir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı oteldən 19 km uzaqlıqda yerləşir və hava limanından mərkəzə birbaşa və fasiləsiz hərəkət edən rahat servis avtobusu birbaşa otelin qarşısında dayanır. Parkside Aparthotel həm qısa, həm də uzunmüddətli qalmaq, eləcə də biznes və turizm məqsədli səfərlər üçün mükəmməl seçimdir.

Yaşayış qaydaları

Check-in prosesi saat 15:00-da başlayır. Əgər otağa daha tez daxil olunarsa aşağıdakı qaydalar tətbiq olunur:



  • 00:01-dən 07:00-a qədər giriş üçün, əvvəlki gecə üçün tam qiymətli sifariş tələb olunur (otaq qiymətinin 100%-i).

  • 07:00-dan 15:00-a qədər giriş üçün otaq qiymətinin 50%-i qədər əlavə ödənişlə sifariş tələb olunur.



Check-out prosesi saat 12:00-da həyata keçirilir. Gec çıxış üçün aşağıdakı qaydalar qüvvədədir:



  • 15:00-dan 18:00-a qədər çıxış zamanı, otaq qiymətinin 50%-i məbləğində əlavə ödəniş tətbiq olunur.

  • 18:00-dan sonra çıxış zamanı isə otağın tam günlük qiyməti ödənilməlidir.





Parkside Hotel & Apartments ödənişlər üçün American Express, Visa və MasterCard kredit kartlarını qəbul edir.




Giriş saatı 15:00
Çıxış saatı 12:00
Rezervasiyanın ləğvi

Təsdiq edilmiş bronun ləğvi və ya dəyişdirilməsi qonağın gəlişindən ən geci 24 saat əvvəl həyata keçirilməlidir. Bu müddətə əməl edilmədiyi təqdirdə, bir gecəlik otaq dəyəri və əlavə vergilər miqdarında cərimə tətbiq olunacaq.


Qaydalar və şərtlər

Təsdiq edilmiş bronun ləğvi və ya dəyişdirilməsi qonağın gəlişindən ən geci 24 saat əvvəl həyata keçirilməlidir. Bu müddətə əməl edilmədiyi təqdirdə, bir gecəlik otaq dəyəri və əlavə vergilər miqdarında cərimə tətbiq olunacaq.